Tramp İrana yeni hücuma bir şərtlə razılaşacaq | VİDEO

   Tramp İrana yeni hücuma bir şərtlə razılaşacaq    | VİDEO
  12 İyul 2025    Oxunub:894
Tehran nüvə proqramını davam etdirəcəyi təqdirdə, ABŞ prezidenti Donald Tramp İsrailin İrana mümkün yeni zərbəsini dəstəkləyəcək.
AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

“İsrailin baş naziri Benyamin Netanyahu özəl qaydada bildirib ki, İran nüvə silahı istehsalını bərpa edərsə, İsrail növbəti hərbi zərbələr endirəcək. Tramp cavab verib ki, o, Tehranla diplomatik həllin tərəfdarıdır, lakin əks halda İsrailin planına etiraz etmir”, - qəzet yazır.

Qəzet bildirir ki, İran nüvə bombası yaratmaq üçün addımlar atacağı təqdirdə Tramp İsrailin “yeni hücumunu” dəstəkləyəcək.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava qüvvələrinin İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücum etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu obyektlər “tamamilə məhv edilib”. Lakin Tehran bunu inkar edir.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   İran   hücum  



Xəbər lenti